Müəllimlər arasında stolüstü tennis yarışı keçirilir

Oktyabrın 28-də 156 nömrəli tam orta məktəbin idman zalında Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunumş Xəzər rayonu müəllimləri arasında stolüstü tennis yarışlarına start verilib.

Yarışda 14 kişi və 10 qadından ibarət komandalar iştirak edib. Yarışların nəticələrinə görə qadınlar arasında Süleymanova Yeganə (121 nömrəli tam orta məktəb), Quliyeva Günay (26 nömrəli tam orta məktəb), Rəvanə Yılmaz (183 nömrəli tam orta məktəb), Abuzərova Fidan (136 nömrəli tam orta məktəb), kişilər arasında Aydınov Sahib (216 nömrəli tam orta məktəb), Əskərov Teymur (26 nömrəli tam orta məktəb), Dadaşov Nicat (256 nömrəli tam orta məktəb), Xəlilov Hakim (156 nömrəli tam orta məktəb) 4 noyabr tarixində Şağan Olimpiya İdman Kompleksində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. 

 

Yarışda məktəbimizi yüksək səviyyədə təmsil edən fiziki tərbiyə müəllimimiz Nicat Dadaşov müəllimə final mərhələsində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi