18 Oktyabr - Milli Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün məktəbin akt zalında 18 Oktyabr - Milli Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra uzun bir tarixi dövrdə müstəqilliyini itirmiş Azərbaycanın yenidən öz suverenliyini bərpa etməsi tarixi bir hadisə idi.Bu şanlı tarixin memarı olan Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında təqdimat nümayiş etdirilib.Tədbirin davamında milli rəqslər göstərilib, müstəqilliyimizə, dövlətçiliyimizə həsr olunmuş şeirlər səsləndirilib.Tədbirin sonunda məktəbin direktoru Xeyrulla Haqverdiyevə, tarix müəllimi Nazim Əsədova, Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Əhədovaya söz verildi.Suverenliyini əldə etmiş xalqımızın qürur mənbəyi olan şəhidlərimiz yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi