Şəhidlərimizin xatirəsinə həsr olunmuş "Anım günü" keçirilib

27.09.2022-ci il tarixində Türkan qəsəbəsində yerləşən Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzi və 256 nömrəli məktəbin birgə təşkil etdiyi anım tədbiri keçirilib.Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Qarabağ müharibəsinin zəfərə gedən yolunu addım-addım ssenariləşdirən "44 gün-44 an" sənədli filminin nümayişindən sonra tədbirə dəvət olunmuş, məktəbimizin də adını daşıdığı şəhid Nizami Sərxanovun və 2-ci Qarabağ şəhidi Mirzə Axundovun ailə üzvlərinə söz verildi.Məktəbin tarix müəllimi Nazim Əsədov da tarixin yaddaşından silinməyən, zəfər yolumuza işıq salan qəhrəman oğullarımızın necə qələbə qazandıqlarından, mənfur düşmənlərimizin məkrli siyasətindən danışaraq tarixi gerçəklikləri göz önünə sərdi.Daha sonra 7a sinif şagirdlərinin S.Vurğunun "Ananın öyüdü" əsərinə hazırladığı kompozisiya nümayiş olundu.Tədbirin sonunda məktəbin direktoru Xeyrulla Haqverdiyev hünərləri ilə adını tarixə əbədi həkk etmiş şəhidlərimizi bir daha xatırlayaraq bu tarixin bizi ucaldığını söyləyərək, xalqımızın qələbə arzusunu, əzmini alqışladı.Tədbirin sonunda şəhid Nizami Sərxanovun abidəsi ziyarət olundu, abidənin üstünə tər qərənfillər düzüldü.Vətən uğrunda əziz canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.Onların bizə əmanət etdikləri vətən bizə canımız qədər əziz bir əmanətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi