"Mənim gündəliyim" müsabiqəsinin məktəb mərhələsinə yekun vuruldu

Bu gün Təhsil Nazirliyi tərəfindən təşkil olunan "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsinə yekun vuruldu.Təşkil olunan müsabiqənin məqsədinə uyğun olaraq şagirdlər oxuduqları əsərlər haqqında müstəqil fikir yürütmə və yazı bacarığını formalaşdırmış, yaradıcılıq potensiallarını ortaya qoymuşlar.Məktəb kitabxanasından mütəmadi istifadə edən şagirdlərimiz həm Azərbaycan, həm də dünya ədəbiyyatının ölməz sənətkarlarının əsərlərini ideya və bədii cəhətdən təhlil etmiş, öz ideyalarını, arzu və istəklərini müvafiq olaraq gündəliklərində qeyd etmişlər. Şagirdlərin marağına səbəb olan "Mənim gündəliyim" müsabiqəsi mütaliə vərdişinin təkmilləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi