Məktəblilərarası "Bilik yarışı" keçirilib

08.06.2022-ci il tarixində məktəbin akt zalında V-XI sinif şagirdləri arasında 8 komandanın iştirakı ilə məktəblilərarası "Bilik yarışı" keçirilib. Yarış iştirakçılarına ümumi dünyagörüş və müxtəlif fənlərdən ibarət suallar ünvanlanmış və suallara ən çox doğru cavab verən komanda üzvləri qalib elan edilmişdir. Finalda "Victori" komandası ilə yarışan "Xarıbülbül" komandası qalib gələrək birinciliyə layiq görülmüşdür. Məktəblilərarası "Bilik yarışı" nın məqsədi şagirdlərdə ümumi dünyagörüşü formalaşdırmaq, sağlam rəqabətə əsaslanan mühit yaratmaq, şagirdlərin əyləncəli və səmərəli vaxt keçirməsinə şərait yaratmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi