"5 İyun- Ətraf Mühitin Mühafizəsi Günü" münasibətilə iməcilik həyata keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən bütün ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində məktəb həyətinin yaşıllaşdırılması və kiçik ölçülü oranjereyanın yaradılması nəzərdə tutulmuşdur. Belə ki,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə “Təbiətimizi qoruyaq” adlı maarifləndirici tamaşalar hazırlanmış, Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı tədbirlər, ekoloji kurslar təşkil olunmuş, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçirilmişdir. Bir sıra ümumtəhsil müəssisələrində ekoloji guşələr, “Məktəbli bostanı” və “Yaşıl sinif”lər yaradılmışdır.

Layihə çərçivəsində məktəbimizdə də bir sıra fəaliyyətlər həyata keçirilmişdir. Belə ki, məktəb həyətində müxtəlif ağaclar, gül-çiçək kolları əkilmiş, abadlıq işləri aparılmış, ağaclara qulluq edilmişdir. "5 İyun - Ətraf Mühitin Mühafizəsi Günü" münasibətilə məktəb həyətində gül-çiçək kolları əkilərək "Yaşıl guşə" yaradılmışdır.

Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi