"Uşaqların Beynəlxalq Müdafiəsi Günü" qeyd edilib

01.06.2022-ci il tarixində məktəbimizdə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "İşıqlı gələcəyimizin memarları" adlı tədbir keçirilib.Məktəb rəhbərliyinin və müəllimlərin də iştirak etdiyi tədbirdə uşaqlar şeirlər səsləndirmiş, milli və xarici rəqs bacarıqlarını nümayiş etdirmiş, nağıllardan maraqlı və əyləncəli kompozisiyalar hazırlamışlar.Tədbir iştirakçıları həmçinin maraqlı oyunlar qurmuş və asudə vaxtlarını əyləncəli keçirmişlər.Tədbirin sonunda məktəbin direktoru Xeyrulla Haqverdiyev uşaqları bayram münasibətilə təbrik etmiş,onların xoşbəxt və sağlam gələcək qurmalarının Azərbaycanın rifahı yolunda ən gözəl addım olduğunu qeyd etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi