28 May – Respublika Günü qeyd olunub

26.05.2022-ci il tarixində məktəbin akt zalında “28 May – Respublika Günü” nə həsr olunmuş tədbir keçirilib.Tədbir Şərqin ilk demokratik respublikası kimi tanınan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında ümumi məlumatla başladı.Tarix müəllimi Nazim Əsədov şagirdləri həmin dövrün ümumi mənzərəsi ilə tanış etdi, xalqımızın milli azadlıq mücadiləsindən bəhs etdi.Daha sonra məktəbin musiqi müəllimi Elminaz Mahmudovanın rəhbərliyi ilə “İncəsənət” dərnəyinin xor kollektivi musiqisi Emin Sabitoğluna aid olan “Azərbaycan” mahnısını ifa etdi. M.Ə.Rəsulzadənin “Mayıs duyğuları”, M.Arazın “Azərbaycan – dünyam mənim” şeirlərinin səsləndirilməsi ilə şagirdlərimiz  sonsuz vətən sevgilərini bəyan etdilər.Tədbirin davamında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” və Mehdi Hüseynin “Odlu qılınc” əsərlərindən bir parça səhnələşdirildi.Sonda məktəbin direktoru Xeyrulla Haqverdiyevə söz verildi.Direktor şagirdlərdəki vətənpərvərlik duyğularını yüksək qiymətləndirdiyini, şanlı tariximizi unutmamağın vacibliyini vurğulayaraq tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Əhədovaya və hər bir tədbir iştirakçısına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi