C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərinin müzakirəsi keçirilib

24.05.2022-ci il tarixində 256 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xatubə Bayramova 8a sinfində C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərinin təhlili və müzakirəsini keçirib. Azərbaycan ədəbiyyatının nəhənglərindən sayılan, görkəmli ədib, böyük bir ədəbi məktəbin yaradıcısı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin realizmini özündə ən bariz şəkildə əks etdirən "Danabaş kəndinin əhvalatları" povestində dövrün avamlıq, nadanlıq bəlası, qadın azadlığı problemi ön plana çəkilmişdir.Müzakirə dərsin məqsədi şagirdləri ötən əsrin bu ictimai problemləri ilə tanış etmək, bu problemlərə münasibət bildirmək və tənqidi təfəkkürü inkişaf etdirməkdən ibarət idi.Dərsin gedişində şagirdlər müzakirə ilə yanaşı, təqdimatlar etmiş, əsərin kiçik bir hissəsini səhnələşdirmişdirlər.Müzakirə dərsdə məktəbin direktoru Xeyrulla Haqverdiyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Nəsimi Nəsirov və kitabxana müdiri Nazilə Həsənova da iştirak etmişlər.Müzakirə dərsin sonunda məktəbin direktoru Xeyrulla Haqverdiyevə söz verildi.Direktor mütaliənin insan həyatındakı əvəzsiz rolundan danışaraq, müzakirə olunan əsərə də öz münasibətini bildirmiş,əsrlərin bəlasına çevrilən nadanlıqdan qurtulmağın yolunu məhz təhsildə və maariflənməkdə gördüyünü qeyd etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi