28 May - Müstəqillik Gününə həsr olunmuş "Breyn-Rinq" intellektual oyunu keçirilib.

Mayın 20-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Rayon Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Xəzər rayon təhsil işçiləri arasında intellektual oyun keçirilib.

Tədbirin keçirilməsində məqsəd gənc müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha dərindən öyrənməkdən ibarətdir.

Oyunun nəticələrinə əsasən məktəbimizin "İntellekt" komandası 21 məktəb arasında 5-cilik qazanıb

Komandanın tərkibi:

Nəsimi Nəsirov

Günay Əliyeva

Nazim Əsədov

Xatubə Bayramova

Müəllimlərimizi bu uğur münasibətilə təbrik edir, daha da yüksək nailiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi