"Zəfər tarixi" konfransı keçirilib

17.05.2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbimizdə “Zəfər tarixi” konfransı təşkil olunub. Konfransda məktəb rəhbərliyi, tarix müəllimi və 9-cu sinif şagirdləri iştirak etmişdir.

Konfrans dövlət himninin ifası və Qarabağ müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Sonra 44 günlük müharibənin gedişini əks etdirən videoçarx nümayiş olunub. Ardınca məktəbin direktoru Xeyrulla Haqverdiyev Qarabağ müharibəsinin tarixinə nəzər salmış, mənfur qonşularımızın soydaşlarımıza qarşı törədilmiş qırğınlardan bəhs etmiş, 44 günlük müharibənin gedişindən və qazanılan qələbə haqqında ətraflı məruzə ilə çıxış etmişdir.

Daha sonra 9-cu sinif şagirdləri "Zəfər tarixi"nin müxtəlif məqamlarına toxunaraq məruzə ilə çıxışlar ediblər.

Konfransın gedişində tarix müəllimi Nazim Əsədov çıxış edərək qələbənin əldə olunmasında şücaəti və qəhrəmanlığı ilə tarixə iz qoyan rəşadətli Azərbaycan ordusudan və Ali Baş Komandan İlham Əliyevin qətiyyətili siyasətindən ətraflı bəhs etmişdir. Sonda Nazim müəllim qardaş ölkə Türkiyəyə 44 günlük müharibə dövründə maddi və mənəvi dəstəyinə təşəkkür əlaməti olaraq dahi şair Mehmet Akifin "İstiqlal marşı" şeirini səsləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi