Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

10.05.2022-ci il tarixində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir təşkil olunub.Tədbir ulu öndərin həyat və fəaliyyəti haqqında videoçarxla başlandı.Məktəbin tarix müəllimi Nazim Əsədov xalqımızın şanlı tarixində misilsiz xidmətləri olan dahi rəhbərin həyat yolu və dövlət quruculuğu haqqında danışdı.Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Əhədova Heydər Əliyevin nitq fenomenliyi, elm və təhsil sahəsində islahatları mövzusunda çıxış etdi.H.Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi, Məmməd Namazın "Hamının günəşi" əsəri səhnələşdirildi.Tədbirin sonunda məktəbin musiqi müəllimi Elminaz Mahmudovanın rəhbərliyi ilə xorda Heydər Əliyevə həsr olunmuş "Sən elə bir zirvəsən" mahnısı ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi