“Təbiəti qoruyanlar” layihəsi həyata keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbimizdə “Təbiəti qoruyanlar” layihəsi həyata keçirilir. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.

Belə ki, layihə çərçivəsində məktəb həyətində abadlıq işləri aparılmış, müxtəlif ağaclar, gül-çiçək kolları əkilmiş, quş yuvaları hazırlanaraq ağaclardan asılmışdır.

Layihənin həyata keçirilməsində məktəbin "Gənc təbiətsevərlər" dərnəyinin üzvləri fəal iştirak edir.

Hazırlanmış tədbirlər planınına uyğun olaraq layihənin həyata keçirilməsi ilin sonunadək davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi