Şəhid Nizami Sərxanovun doğum günü münasibətilə tədbir təşkil olunub

29.04.2022-ci il tarixində məktəbin akt zalında Birinci Qarabağ Müharibəsi şəhidi, məktəbin adını daşıdığı Nizami Sərxanovun doğum günü münasibətilə tədbir təşkil olunub.Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhid məzunumuzun həyatı, onun döyüşlərdə göstərdiyi şücaət və fədakarlığından danışıldı, şəhidimizin ömür yolunu özündə əks etdirən videoçarx nümayiş etdirildi.Daha sonra istiqlal şairi Bəxtiyar Vahabzadənin "Vətən marşı" və şəhidimizə həsr olunmuş şeirlər səsləndirildi.Məktəbin tarix müəllimi Nazim Əsədov vətənimizin yaxın tarixindən, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından necə azad edilməsindən danışdı.Daha sonra məktəbin direktoru Xeyrulla Haqverdiyevə və şəhidimizin ailə üzvlərinə söz verildi.Direktor şagirdlərimizdəki bu ruh yüksəkliyini yüksək qiymətləndirdiyini, gələcəyimizin əmin əllərdə olduğunu vurğulayaraq tədbir təşkilatçıları: məktəbin biologiya müəllimi Səfərova Ülviyyə, xor rəhbəri Mahmudova Elminaz müəlliməyə və tədbirin digər iştirakçılarına öz təşəkkürünü bildirdi.Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi