Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Oxu günü" tədbiri keçirilib

22.04.2022-ci il tarixində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə məktəbin akt zalında "Oxu günü" tədbiri keçirilib.Tədbirdə mütaliənin insan həyatındakı əvəzsiz rolundan danışan şagirdlərimiz daha sonra müdriklərin söylədiyi aforizmlərlə, şeirlərlə çıxış etdilər.Həmçinin "Bir qalanın sirri" filmindən maraqlı bir epizodu səhnələşdirməklə şagirdlərimiz öz istedadlarını nümayiş etdirdilər.Tədbirin sonunda məktəbin direktoru Xeyrulla Haqverdiyevə və fənn müəllimlərinə söz verildi.Direktor mütaliə etməyin üstünlüklərindən, bu gözəl vərdişə yiyələnən şagirdlərin ölkəmizin parlaq gələcəyinə doğru gedən bir yol olacağından danışaraq tədbirdə əməyi keçən müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi