Şəhid Nizami Sərxanovun anım günü keçirildi

13.04.2022-ci il tarixində məktəbimizin adını daşıdığı şəhid Nizami Sərxanovun anım günü keçirildi. Anım mərasimində şagirdlər, müəllimlər və şəhidimizin ailə üzvləri də iştirak etdilər.Tədbir Dövlət Himninin ifası ilə açıq elan olundu. Ardınca vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər tərəfindən şeirlər səsləndirildi. Müəllimlər və məktəbin direktoru Xeyrulla Haqverdiyev Nizami Sərxanovun vətən müharibəsindəki şücaətindən, şəhidlik zirvəsinə necə ucaldığından danışdı.Tədbirin sonunda şəhidimizin xatirəsinə ağaclar əkildi, abidəsi önünə tər qərənfillər düzüldü. Bütün şəhidlərimizə allahdan rəhmət diləyir, onların xatirəsini uca tutmağı özümüzə borc bilirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi