Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ziyarət olunub

Gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq, həmçinin Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydalarının şagirdlərə çatdırılması məqsədilə Müdafiə Nazirliyi və Təhsil Nazirliyin birgə təşkilatçılığı ilə bölgələrdə yerləşən orta məktəblərin hərbi rəhbərləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə ziyarətlər təşkil olunmuşdur.

10 fevral tarixində məktəbimizin Hərbi rəhbəri İsa Hüseynovun rəhbərliyi ilə şagirdlərimizin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ziyarət təşkil olunmuşdur. Ziyarət zamanı şagirdlərimizə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul qaydaları izah edilib, onların sualları cavablandırılıb. Daha sonra məktəbin məişət şəraitindən, təhsilindən, kursantların sosial təminatlarından bəhs edən bukletlər paylanılıb, hərbi məktəb haqqında videoçarxa, hərbi vətənpərvərlikdən bəhs edən filmlərə baxış olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi