Pedaqoji Şuranın növbəti iclası keçirilib

01.02.2022-ci il tarixində N.Sərxanov adına tam orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.Şuranın sədri, məktəbin direktoru Xeyrulla Haqverdiyev gündəlikdə duran məsələləri elan etdi:

1.2021-2022- ci tədris ilinin I yarımilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində II yarımildə kollektivin qarşısında duran vəzifələr

2. Şagirdlərdə vətənpərvərlik hissinin aşılanması istiqamətində görüləcək işlər

3. Buraxılış siniflərində tədrisin təşkili

Pedaqoji Şurada hər üç məsələ geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Eyni zamanda, 2 Fevral Gənclər Günü münasibətilə bir qrup fəal müəllimə fəxri fərmanlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi