20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

19 yanvar tarixində məktəbimizdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.

Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir.

Tədbirin davamında şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Sonda məktəb üzrə keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi