Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

10.12.2021-ci tarixində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan məktəbimizin tarix müəllimi Nazim Əsədov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yoluna nəzər salmış, Azərbaycan dövlətinin məhv olma təhlükəsindən xilas edilməsində müstəsna rolu olan bu dahi şəxsiyyətin xidmətlərindən bəhs etmişdir. Tədbirin davamında məktəbimizin şagirdləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirmiş, mahnılar ifa etmiş, kompozisiyalar nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi