"Kiçik Akademiya"nın biologiya bölmə üzvlərinin təqdimatları müzakirə olundu

Dekabrın 15-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə Əsmər Babayevanın rəhbərliyi ilə “Kiçik Akademiya”nın üzvləri arasında biologiya bölməsi üzrə təqdimatların nümayişi oldu. 8ə sinif şagirdi Babayev Əbülfəz-"Alzeymer xəstəliyi", 8ç sinif şagirdləri Əhmədova Samirə-"Covid-19", Muradlı Məltəm-"QİÇS", Muradli Nuray-"Genetik xəstəliklər", Həmidova Rabia-"Xərçəng xəstəliyi", İsmayılova Güllü-"Böyrəklərimizi qoruyaq", Hümmətova Nuray-"Zərərli vərdişlər"; 9ə sinif şagirdləri Abbasova Aysu-"Otaq bitkilərinə qulluq", Axundova Aybəniz-"Xərçəng xəstəliyi", Bağırova Aysu və Əhmədova Nəzrin-"Maddələr mübadiləsi" mövzuları üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu. Sonda müzakirələr aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi