"Üzeyir Hacıbəyov: Milli musiqimizin beşiyi - Şuşa" adlı elmi-praktiki konfrans

17.09.2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən Üzeyir Hacıbəyovun 136-cı il dönümü münasibətilə "Üzeyir Hacıbəyov: Milli musiqimizin beşiyi - Şuşa" adlı elmi-praktiki konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək konfrans haqqında ümumi məlumat verdi. Konfransın gündəliyinə əsasən çıxış üçün ilk söz Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi, ADMİU-nun kinoşünaslıq və bədii yaradıcılıq kafedrasının müdiri, professor Əli Əmirliyə verildi. Ə.Əmirli Ü.Hacıbəyovun dramaturgiyası, yaradıcılığı, ev muzeyi, büstünün Şuşada Ali Baş Komandan tərəfindən yenidən təmir olunaraq qoyulması haqqında ətraflı məlumat verdi. Ardınca 142 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Fatimə, 192 nömrəli tam orta məktəbin şagirdi Heydərova Rəna, 259 nömrəli tam orta məktəbin şagirdi Hacızadə Mərva mövzu ilə əlaqədar olaraq təqdimatlarla çıxış etdilər. Elmi-praktiki konfransda 150-ə yaxın şəxs iştirak edirdi. İştirak edən şəxslər arasında məktəb rəhbərləri, KA rəhbərləri, müəllimlər və şagirdlər idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi