"Zəfər Tariximiz və müstəqilliyin bərpası"

YAP Sabunçu Rayon Təşkilatının və Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Zəfər Tariximiz və müstəqilliyin bərpası" adlı konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca konfransın gündəliyinə əsasən YAP Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev iştirakçıları salamlayaraq qeyd etdi ki, bu gün Azərbaycan öz tarixinin ən parlaq və şərəfli günlərini yaşayır. Daha sonra YAP Sabunçu Rayon Təşkilatının fəal gənci, Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev, Sosial-İqtisad kollecinin müəllimi Natiq Musayev, gənc fəallar Mətləb Orucov, Səkinəbəyim Cəfərova çıxış etdilər. Elmi-praktiki konfrans zamanı Ümummili Lider Heydər Əliyevin müstəqillik haqqında etdiyi çıxış və "Xudayar təsnifi" adlı videoçarxlara baxış oldu. Konfrans milli ruhda olan "Azərbaycan" mahnısı ilə sonlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi