FƏXRİMİZ

 

Hacıyev Tahir Firuz oğlu 1971-ci ilin oktyabr ayının 12-də Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 252 saylı orta məktəbin I sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 1986-cı ildə Bakıxanov qəsəbəsində yerləşən 84 saylı Texniki Peşə Məktəbinə daxil olmuş, 1990-cı ildə həmin təhsil müəssisəsini bitirərək “ağacdan bədii məmulatlar hazırlayan usta” ixtisasına yiyələnmişdir. 1991-ci ildə Bakı şəhəri, Binəqədi rayonu Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış və Astara rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətə başlamışdır. 1991-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Cəbhədə olduğu müddət ərzində böyük fədakarlıq göstərmiş, hərbi komandanlığın bütün əmrlərinə tabe olmuşdur. 1992-ci ilin yanvar ayının 31-də Xocalı rayonunun Xanabad kəndində gedən döyüşlərdə qəhrəmanlıqla həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır.
Hal-hazırda Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəb-lisey və həmin qəsəbənin küçələrindən biri onun adını daşıyır.

  Həmçinin, ata yurdu olan Bakının Pirşağı qəsəbəsinin girişində şəhidlər lövhəsində xatirəsi əbədiləşdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi