HAQQIMIZDA

Tahir Firuzoğlu adına 252 №li məktəb-lisey 1972- ci ildə yaranmışdır. Bir tipli olan məktəb-lisey 2012-ci ildə məktəblərin yenidən təmir olunması qərarına əsasən təmir olunan məktəblər siyahısına daxil edilmişdir. Şagird sıxlığı ilə əlaqədar dərslər 2 növbəli rejimdə tədris olunur. Məktəbin binası ilə birlikdə sahəsi 21350 m2-dır. Şagirdlərin tədrisi üçün 80 otaq, 2 akt zalı, sahəsi 700 və 2100 m2 olan 2 futbol meydançası, 50 və 100m3 olan 2 su anbarı və istilik sistemləri ilə təmin olunmuşdur. Hal- hazırda təhsil alan şagirdlərin sayı 2500, təhsilverən müəllimlərin sayı:-143 nəfərdir. Məktəbin 2 müəllimi fəxri ad qazanmışdır. Təhsil müəssisəsinin nailiyyətləri: 2010–11-ci tədris ilində məzunların 40% ali məktəblərə qəbul olub. 3 nəfər də 600-dən yüksək bal toplayıb. 2010 –2011- ci dərs ilində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.. 2012 - ci ildə məktəblərin yenidən təmir olunması qərarına əsasən 252 nömrəli məktəb-lisey də təmir olunan məktəblər siyahısına daxil edilmişdir. Ünvan: Bakıxanov qəs.,Sakit Qocayev küç. 31 Məktəbin telefonu: 428-42-19, 428-44-38 E-mail: [email protected]., skype: 252mekteb.bakuedu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi