Kiçik Akademiya

Kiçik Akademiya"Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə Kiçik Akademiyanın prezidenti Əsmər Babayevanın təşkilatçılığı ilə “Kiçik Akademiya”nın üzvləri Biologiya kafedrası üzrə müvafiq mövzular üzrə təqdimatlar nümayiş etdirdilər.

Ətraflı

Kiçik Akademiyanın fəaliyyəti davam edir"Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə Kimya kafedrasının rəhbəri Gülzar Əkbərovanın təşkilatçılığı ilə “Kiçik Akademiya”nın üzvləri Kimya bölməsi üzrə təqdimatlar nümayiş etdirdilər. Müvafiq mövzular üzrə təcrübələr apardılar, təcrübə ətrafında müzakirələr edildi. Kiçik Akademiya prezidenti Əsmər Babayevaya və Kiçik Akademiyanın Kimya kafedrasının rəhbəri Gülzar Əkbərovaya təşəkkür edirik!

Ətraflı

"Kiçik Akademiya"nın biologiya bölmə üzvlərinin təqdimatları müzakirə olunduDekabrın 15-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə Əsmər Babayevanın rəhbərliyi ilə “Kiçik Akademiya”nın üzvləri arasında biologiya bölməsi üzrə təqdimatların nümayişi oldu. 8ə sinif şagirdi Babayev Əbülfəz-"Alzeymer xəstəliyi", 8ç sinif şagirdləri Əhmədova Samirə-"Covid-19", Muradlı Məltəm-"QİÇS", Muradli Nuray-"Genetik xəstəliklər", Həmidova Rabia-"Xərçəng xəstəliyi", İsmayılova Güllü-"Böyrəklərimizi qoruyaq", Hümmətova Nuray-"Zərərli vərdişlər"; 9ə sinif şagirdləri Abbasova Aysu-"Otaq bitkilərinə qulluq", Axundova Aybəniz-"Xərçəng xəstəliyi", Bağırova Aysu və Əhmədova Nəzrin-"Maddələr mübadiləsi" mövzuları üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu. Sonda müzakirələr aparıldı.

Ətraflı

"Üzeyir Hacıbəyov: Milli musiqimizin beşiyi - Şuşa" adlı elmi-praktiki konfrans17.09.2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən Üzeyir Hacıbəyovun 136-cı il dönümü münasibətilə "Üzeyir Hacıbəyov: Milli musiqimizin beşiyi - Şuşa" adlı elmi-praktiki konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək konfrans haqqında ümumi məlumat verdi. Konfransın gündəliyinə əsasən çıxış üçün ilk söz Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi, ADMİU-nun kinoşünaslıq və bədii yaradıcılıq kafedrasının müdiri, professor Əli Əmirliyə verildi. Ə.Əmirli Ü.Hacıbəyovun dramaturgiyası, yaradıcılığı, ev muzeyi, büstünün Şuşada Ali Baş Komandan tərəfindən yenidən təmir olunaraq qoyulması haqqında ətraflı məlumat verdi. Ardınca 142 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Fatimə, 192 nömrəli tam orta məktəbin şagirdi Heydərova Rəna, 259 nömrəli tam orta məktəbin şagirdi Hacızadə Mərva mövzu ilə əlaqədar olaraq təqdimatlarla çıxış etdilər. Elmi-praktiki konfransda 150-ə yaxın şəxs iştirak edirdi. İştirak edən şəxslər arasında məktəb rəhbərləri, KA rəhbərləri, müəllimlər və şagirdlər idi.

Ətraflı

"Zəfər Tariximiz və müstəqilliyin bərpası"YAP Sabunçu Rayon Təşkilatının və Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Zəfər Tariximiz və müstəqilliyin bərpası" adlı konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca konfransın gündəliyinə əsasən YAP Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev iştirakçıları salamlayaraq qeyd etdi ki, bu gün Azərbaycan öz tarixinin ən parlaq və şərəfli günlərini yaşayır. Daha sonra YAP Sabunçu Rayon Təşkilatının fəal gənci, Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev, Sosial-İqtisad kollecinin müəllimi Natiq Musayev, gənc fəallar Mətləb Orucov, Səkinəbəyim Cəfərova çıxış etdilər. Elmi-praktiki konfrans zamanı Ümummili Lider Heydər Əliyevin müstəqillik haqqında etdiyi çıxış və "Xudayar təsnifi" adlı videoçarxlara baxış oldu. Konfrans milli ruhda olan "Azərbaycan" mahnısı ilə sonlandırıldı.

Ətraflı

Kiçik Akademiyanın loqosuKiçik Akademiyanın loqosunu təqdim edirik!

Ətraflı
HAQQIMIZDA

Tahir Firuzoğlu adına 252 №li məktəb-lisey 1972- ci ildə yaranmışdır. Bir tipli olan məktəb-lisey 2012-ci ildə məktəblərin yenidən təmir olunması qərarına əsasən təmir olunan məktəblər siyahısına daxil edilmişdir. Şagird sıxlığı ilə əlaqədar də...

BİZİM FƏXRLƏRİMİZ

Sayad Salmanova Rəşad

Oğuz Novruzəliyev

HAQQIMIZDA

Tahir Firuzoğlu adına 252 №li məktəb-lisey 1972- ci ildə yaranmışdır. Bir tipli olan məktəb-lisey 2012-ci ildə məktəblərin yenidən təmir olunması qərarına əsasən təmir olunan məktəblər siyahısına daxil edilmişdir. Şagird sıxlığı ilə əlaqədar də...

BİZİM FƏXRLƏRİMİZ

Sayad Salmanova Rəşad

Oğuz Novruzəliyev

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi