MÜƏLLİMİMİZ BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLDÜMDB ölkələri arasında keçirilən “Sərhədsiz məktəb” pedaqoji ideya və bacarıqlar beynəlxalq müsabiqədə məktəbimizin rus dili müəllimi Şərifova Natəvan sertifikatla təltif olundu. Müəllimimizi təbrik edir və işlərində hər zaman uğurlar arzu edirik.
"Layihə planlaşdırılması və layihə təklifinin yazılması" təlimiMəktəbimizin direktoru Sitarə Abbasova 23-30 dekabr 2021-ci il tarixləri arasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə "İnnovative Business and Products" MMC tərəfindən distant formada həyata keçirilən 36 akademik saatlıq "Layihə planlaşdırılması və layihə təklifinin yazılması" təlimində iştirak etmiş və sertifikata layiq görülmüşdür. Sitarə xanımı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.
MMA üzrə açıq turnirdə I yerMəktəbimizin 3 "B" sinif şagirdi Allahverdiyev Nadir qaydasız döyüş üzrə yarışda Şotokay idman klubunun MMA üzrə klublararası açıq turnirində 1-ci yerə layiq görülüb. Şagirdimizi təbrik edir və fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.