QANLI 20 YANVAR

Məktəbimizdə Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar ibtidai sinif müəllimi Naridə Həsənalıyeva və 2 “A” sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni və 1 dəqiqəlik sükut ilə başlandı.
Tədbirdə müəllim Naridə Həsənalıyeva 20 Yanvar hadisələri ilə bağlı geniş çıxış etdi,tədbir iştirakçılarına tarixi faktlar, fotolar göstərildi. Şagirdlər də öz növbəsində ümumxalq hüzn gününə aid müxtəlif şeirlər söyləyib , səhnəciklərlə çıxış etdilər.