2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş pedaqoji şuranın iclası keçirildi

İclasın gündəliyinə əsasən, cari tədris ilinin yekunları geniş şəkildə müzakirə olundu, tədris və tərbiyə prosesində əldə olunan nailiyyətlər, qarşıya çıxan çətinliklər və gələcək hədəflər barədə ətraflı məlumat verildi. Məktəb rəhbərliyi tərəfindən illik fəaliyyət planının icrası ilə bağlı hesabatlar təqdim edildi, müəllim və şagird nailiyyətləri vurğulandı.

Pedaqoji şurada müddətli əmək müqaviləsi ilə çalışan və yaş həddi ilə əlaqədar əmək fəaliyyətini başa çatdıran müəllimlər "Gənc nəslin təlim-tərbiyəsində peşəkar fəaliyyətə görə"  fəxri fərmanlarla təltif olundular. Onların təhsil sahəsindəki uzunmüddətli və səmərəli xidmətləri xüsusi qeyd olundu.

Məktəbin İllik fəaliyyət planının həyata keçirilməsində fəallıq göstərən inzibati heyət üzvləri məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.  Onların idarəçilikdəki təşəbbüskarlığı və məsuliyyətli yanaşması yüksək qiymətləndirildi.

Sinifdənxaric və məktəbdənkənar fəaliyyətin təşkilində xüsusi fəallıq göstərən pedaqoji heyət üzvləri də təltif olundu. Onların şagirdlərin hərtərəfli inkişafına yönəlmiş təşəbbüsləri və yaradıcı yanaşmaları qeyd olundu.

Ənənəvi olaraq keçirilən “İlin ən yaxşı sinfi” müsabiqəsinin nəticələri açıqlandı və qalib olan ll "B" sinfi, lX "A" sinfi  təltif olundu. Bu təşəbbüs məktəbdaxili motivasiyanın artırılmasına, siniflər arasında sağlam rəqabət və birlik ruhunun formalaşmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi