"SALAM, ŞUŞA ! " TƏHSİLƏ DƏSTƏK LAYİHƏSİNİN II MƏRHƏLƏSİNİN İCRASINA BAŞLANILDI.

    12 -14 noyabr  tarixlərində YAP  Nəsimi Rayon  Təşkilatının təşəbbüsü ilə  irəli sürülmüş  ucqar bölgələrdə yerləşən  qaçqın məktəblərlə əməkdaşlıq və təhsilə dəstək üçün "Salam Şuşa"adlı layihənin növbəti mərhələsi başlamışdır.

    Layihənin birinci mərhələsində YAP Nəsimi rayon təşkilatı,Bakı şəhəri 247 nömrəli tam orta məktəbin direktoru və müəllimləri Bərdə rayonunda yerləşən Şuşa rayonu 18 saylı tam orta məktəbdə olmuş, gələcək əməkdaşlığın istiqamətləri üzrə müzakirələr aparmışlar.  Hazırda layihənin ikinci mərhələsinin  icrasına başlanılıb. Bu məqsədlə  Şuşa rayonu 18 saylı tam orta məktəbin müəllim və şagird heyətindən ibarət komanda bir neçə gün Bakı şəhəri 247 nömrəli tam orta məktəbin  qonağı olub. Tədris prosesində yeniliklərlə tanış olan müəllim və şagirdlər dərslərdə,layihələrdə və müxtəlif sərgilərdə  iştirak etmiş, öncədən onlar üçün tərtib  olunmuş proqram əsasında ekskursiyalara cəlb olunmuşlar.Belə ki, layihənin icrasında əsas  məqsəd təcrübənin bölüşdürülməsi , əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir. Daha sonra məktəbin həyətyanı sahəsində  iki məktəb arasında dostluq nişanəsi olaraq ağaclar əkilmiş və xatirə  "Şuşa bağı" salınmışdır.

    Sonda millət vəkili, YAP Nəsimi Rayon Təşkilatının  sədri Məlahət Ibrahimqızı, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini  Vüsalə Fətəliyeva, Bakı şəhəri 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva və qonaqlar  Şəhidlər Xiyabanını, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi