“Öyrənmənin qiymətləndirilməsi” adlı III Beynəlxalq Təlim Konfransı

    Məktəbimizin  direktoru Nihal Hacıyeva və müəllim heyəti 16 və 17 noyabr 2018-ci il tarixlərində keçirilmiş “Öyrənmənin qiymətləndirilməsi” adlı III Beynəlxalq Təlim Konfransı və 18 noyabr 2018-ci il tarixində təşkil olunmuş konfrans sonrası “Master klass” seminarlarında  iştirak edib.

   Konfransın əsas mövzusu öyrənmənin qiymətləndirilməsi olub. Konfrans zamanı iştirakçılar qiymətləndirmənin əsas prinsipləri və formativ qiymətləndirmənin aparılması üsulları ilə bağlı dərin biliklərə yiyələnib. Həmçinin, konfrans iştirakçıları öyrənmənin məqsədini və uğur meyarlarını müəyyən edib, şagirdlərin daimi inkişafı üçün onlara effektiv rəyin verilməsi ilə yaxından tanış olub, şagirdlərlə aparılan səmərəli sinif müzakirələri, suallar və tapşırıqların idarə olunması və şagirdlərin tədris prosesi zamanı bir-birinə kömək etməsi yollarını araşdırıblar.

   Konfrans tanınmış beynəlxalq məruzəçilərin bir-birindən maraqlı çıxışları ilə yadda qalıb. Konfransın sonuncu günü  təcrübəli beynəlxalq və yerli təhsil mütəxəssisləri və müəllimlər əsas məruzəçilərin mövzularını dəstəkləyən müxtəlif spesifik və interaktiv seminarlar təqdim ediblər.

   Konfransın yekununda  iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi