"Mütaliə günlərinə sən də qoşul!" aksiyasına start verildi.

     Deyirlər ki, "Kitablar səssiz müəllimlərdir!". Bu həqiqətən də belədir. Şagirdlərimizin  bu "səssiz müəllimlər"inə daha sıx  bağlanmasını ,dinləmə, anlama, danışma kimi nitq bacarıqlarını  inkişaf etdirilməsi və internet əsrində arxa sıralara keçməkdə olan kitabxana ziyarətlərinin adət halına gətirilməsi məqsədilə məktəbimizin direktoru Nihal Hacıyevanın göstərişi,kitabxana müdiri Elmira Rzayeva rəhbərliyi altında oktyabr ayında məktəbin bütün sinifləri üçün "Mütaliə günlərinə sən də qoşul!" aksiyasına start verilib. Ay ərzində  E. Rzayeva şagirdləri   sinifdənxaric oxu  üçün  kitablar , müxtəlif yazıçıların əsərləri və bu kimi onların yaşına uyğun müxtəlif  kitablarla təmin edib,daha sonra isə həm kitabxana daxilində, həm də ki sinif otaqlarında  mütaliə ilə bağlı iş aparıb. Bundan əlavə şagirdlər bəzi əsərlərin film variantını izləmək şansı da qazanıb.

  "Mütaliə günlərinə sən də qoşul! "aksiyası şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.  Onu da qeyd edək ki, bu aksiyanın bir başlanma tarixi olsa da, bitmə tarixi olmayacaq.Bu proses böyüməkdə olan gənc nəslin təlim -tərbiyəsində mənəvi zənginliyin artırılmasının vacibliyi nəzərə alınaraq  bütün tədris ili ərzində davam etdiriləcək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi