Məktəbəhazırlıq qruplarında məktəbdaxili monitorinq

   Məktəbimizin məktəbəhazırlıq qrupları fəaliyyətlərinin  ilk ayını tamamlamaq üzrədir. Elə bu səbəbdən də məktəb rəhbərliyi məktəbəhazırlıq qruplarında  monitorinq təşkil etmiş, qrupların məşğələ prosesini yaxından izləmişdir. Aparılan monitorinqlər nəticəsində uşaqların adaptasiya prosesinin uğurla davam etdirilməsi, inkişaf sahələri üzrə bilik, bacarıq və vərdişlərə həvəslə yiyələnmələri, məşğələlərin isə yaşauyğunluq prinsipi gözlənilməklə tədris olunması məlum olmuşdur. 

     Qeyd edək ki,məktəbəhazırlıq qrupunun məqsədi  5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ətraf aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və əməkdaşlıq etmək bacarıqlarına yiyələnməsini təmin etmək məqsədi daşıyır. 

      Məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi