Xəlil Rza Ulutürk-85

            Məktəbimizdə  görkəmli Azərbaycan şairi, ədəbiyyatşünas, tərcüməçi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr olunmuş "Dəyirmi masa" keçirildi .Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Səfərəliyeva açıq elan etdikdən sonra şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat  verdi.O , qeyd etdi ki,tədbirin keçirilməsində əsas məqsəd tədbir iştirakçılarını görkəmli şairin həyat və yaradıcılığı ilə tanış etmək, ömrünü xalqımızın azadlığı yolunda gecə-gündüz şam kimi əridən böyük insanın fəaliyyəti haqqında  məlumatlandırmaqdan ibarətdir.

           Tədbir məktəbin kitabxanasında təşkil olunmuşdu. Məktəbin kitabxana müdiri Elmira Rzayeva, həmçinin məktəbin coğrafiya müəllimi Püstə Quliyeva da  tədbir iştirakçıları arasında idi. 

           Tədbirdə çıxış edən  VIII A  sinif şagirdləri Xəlil Rza Ulutürkün həyat yolundan, Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışmış və yaddaşlara həkk edilmiş  şeirlərini səsləndirmişlər.

          "Dəyirmi masa"da  iştirakçıların fəallığı görkəmli şair Xəlil Rza Ulutürkə olan hörmət və sevginin göstəricisi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi