12-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.
Sərgidə məktəbimizin direktoru Nihal Hacıyeva, müəllimlər və 9-11-ci sinif şagirdləri iştirak edib.
Ənənəvi olaraq hər il keçirilən tədbir bu il də böyük maraqla qarşılanıb. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib.