Məktəbəhazırlıq qruplarında ilk məşğələ günü

                                             
     
         Oktyabrın 1 – də 5 yaşlı uşaqların ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarında təlimlərinə start verildi.
Məktəbimizdə 2018 – 2019 – cu tədris ilində  məktəbəhazırlıq üzrə  2  Azərbaycan , 1 Rus bölməsi fəaliyyətə başlayıb.  
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. 
        İlk məşğələ günü məktəb rəhbərliyi 5 yaşlılar və onların valideynləri ilə görüşüb, bu gün münasibəti ilə hər birinə  xoş arzularını bildirdi.
 Əziz balalar, qədəmləriniz mübarək olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi