"SALAM, ŞUŞA ! " TƏHSİLƏ DƏSTƏK LAYİHƏSİ

Nəsimi və Nizami rayon məktəbləri ilə Şuşa rayon məktəbləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə görüşlər keçirilib.

Görüşlərdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Şuşa Rayon Icra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva,Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri, Şuşa Rayon Təhsil İdarəsinin müdiri Təvəkkül Əliyev, Bakı şəhəri  247 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyeva,  62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı və həmin məktəblərin müəllimləri iştirak ediblər.

 Şuşa rayonunun 18, 19 və 21 nömrəli tam orta məktəbləri arasında əməkdaşlıq əlaqələri qurmaq, təcrübə mübadiləsi aparmaq, qaçqın və məcburi köçkünlərlə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə, eyni zamanda, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra olunan təhsil layihələrinə dəstək vermək və məcburi köçkünlərə mənəvi dayaq olmaqdan ibarətdir.Görüşlərdə çıxış edənlər layihənin əhəmiyyəti barədə danışıb, eləcə də, doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərə, təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət açıblar.

Arzumuz bu layihənin uzunmüddətli olması,Şuşada və cənnət Qarabağın digər səfalı torpaqlarında  davam etdirilməsidir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi