Doğma Vətənimiz Azərbaycan

İyunun 12-də məktəbin ibtidai sinif müəllimi Afət Ataşovanın rəhbərliyi altında 3”B” sinif şagirdlərinin iştirakı ilə  “Doğma Vətənimiz  Azərbaycan”  mövzusunda tədbir keçirilib.

            Tədbir dövlət himnimizin səslənməsi ilə başlanıb. Əvvəlcə şagirdlər vətən haqqında şeirlər, bayatılar, atalar sözləri, mahnılar ifa ediblər. Sonra Dövlət rəmzləri haqqında məlumat verilərək üçrəngli bayrağımıza aid şeirlər, mahnılar söylənilib.  

           Daha sonra şagirdlər vətənimiz Azərbaycanın təbiəti-dağları, çayları, gölləri, düzənlikləri haqqında məlumat veriblər.  Azərbaycanın milli mətbəxi, nemətləri və mədəni irsindən danışaraq “Yallı”, “Üzümçülər”, “Meyvələrdən üç meyvə var” rəqslərini ifa ediblər.

       Tədbirin keçirilməsində məqsəd doğma vətənimiz Azərbaycanı bir daha şagirdlərə  yaxından tanıtmaq  və onların ölkəmiz haqqında biliklərini zənginləşdirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi