”Internetdən təhlükəsiz istifadə" adlı tədbir keçirilib

 

4 iyun tarixində məktəbdə “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günüçərçivəsində İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirildi. Tədbirdə Millət Vəkilləri Hikmət Məmmədov, Məlahət Ibrahimqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Şəhəri üzrə Təhsil Idarəsinin müdiri Məhəbbət Vəliyeva, Nəsimi RIH başçısının birinci müavini Gülarə Verdiyeva, BŞTI sektor müdirləri, məktəb direktorları və valideynlər iştirak etdilər. Tədbir Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin və 247 №-li məktəbin birgə layihəsi idi. Dövlət Himni ilə açılan tədbirdə məktəb tərəfindən hazırlanan video çarx nümayiş olundu və daha sonra qonaqların fikirləri dinlənildi. Çıxış edənlər mövzunun çox aktual olduğunu vurguladılar. İnternetdən düzgün istifadənin və valideynlərin övladlarını bu sahədə daim nəzarətdə saxlamalarının vacib olduğunu vurğuladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi