Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

                Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)-nin yaranmasından artıq 100 il ötür. Bu münasibətlə ölkəmizin hər yerində geniş tədbirlər həyata keçirilir.

                Mayın 23-də VIII və IX sinif şagirdləri  məktəbin direktoru Nihal Hacıyeva və tarix müəllimi Günay Allahverdiyevanın rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal” abidəsinə doğru yürüş ediblər. Şagirdlərimiz əllərində Azərbaycan bayrağını böyük qürur hissi ilə daşıyıblar. Onların həvəslə və fərəhlə hazırladıqları aksiya həm şəhərimizin sakinlərinin, həm də qonaqların böyük marağına səbəb olub. Onlar uca səslə “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” səslənərək dogma vətənə olan sevgilərini ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi