Məqsədimiz kitaba dönməkdir

              

  Nəsimi  rayonu A. Rəhimov  adına 247 №-li  tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərdən biri də 22 may tarixində "Azərkitab" Kitab Təbliğatı Mərkəzində reallaşıb. Məktəbin  7”A” sinif şagirdləri məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Səfərəliyeva və sinif rəhbəri Püstə Quliyevanın rəhbərliyi ilə bu gözəl məkana səfər ediblər.

“Məqsədimiz kitaba dönməkdir” devizi altında fəaliyyətə başlayan bu kitab mərkəzi şagirdlərin həddən artıq marağına səbəb olub. Uşaqlar mərkəzlə yaxından tanış olublar,  xeyli kitab və aksesuarlar əldə ediblər. Sonda kitab mərkəzinin konfrans zalında toplaşan şagirdlərlə  mərkəzin əməkdaşları fikir mübadiləsinə qoşulublar. Mərkəzin fəaliyyəti barədə geniş məlumat alıblar.     

                Azərkitabda keçirilmiş bu görüş şagirdlərin yaddaşında  gözəl bir məkan kimi yer alıb və onlar kitaba dönüşün insan həyatında oynadığı mühüm rolu bir daha anlamış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi