Yaz tətili Qobustanda

3"B" sinif şagirdləri yaz tətilini "Açıq səma altında muzey"də keçiriblər. Şagirdlər Qobustan qayalarında çəkilən rəsmlərdə əcdadlarmızın həyatı, gün-güzəranı və düşüncəsi, bir-birinin əlindən tutub yallı gedən insan rəsimlərində “Yallı”nın birliymizin simvolu olması, qavaldaşın əcdadlarmızın ilk, çalğı aləti olması, mağaraların əcdadlarmızın ilk yaşayış məskənləri olması və s. haqqında   məlumatları təqdim etmişlər.                                                                                                                               Şagirdlərdən  bir neçəsi “Ana təbiət” haqqında şeirlər, “Vətən” haqqında bayatılar söyləyiblər. Mədəni irsimizin qədimliyinin bir nümunəsi olaraq yundarağında yun təmizləyərək, cəhrədə ip əyirərək və hanada xalça toxuyaraq bayatılar söyləyiblər.

Sonda şagirdlər qayalıqlar arasında vətənimizə həsr olunmuş “Şən Azərbaycan” mahnısını oxuyub və milli rəqsimiz olan “Yallı” rəqsini ifa ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi