ATMU-nin nümayəndələri məktəbimizdə

İxtisas seçimi şagirdlərin gələcək həyatlarını düzgün qurmaqda, əldə etdikləri bilik və bacarıqları doğru ixtisas üzrə inkişaf etdirməkdə önəmli yer tutur. Artıq 11-ci sinif şagirdləri ixtisas seçimi edəcək, yeni başlanğıc üçün ilk addımı atacaqlar. Bununla əlaqədar Azərbaycan Turizm və Menecment Universiteti “Bir olaq, birinci olaq” adlı layihə həyata keçirərək şagirdlərə ixtisas seçimində köməklik göstərir. Layihənin əsas missiyası ölkədə təhsil, elm və mədəniyyət üfüqlərini genişləndirmək, şagirdlərin cəmiyyətdə doğru yer tutmasına və yaradıcı gənclərin davamlı inkişafına töhfə verməkdir.
ATMU-nin Biznes idarəçiliyi fakültəsinin əməkdaşları universitet barədə şagirdlərə məlumat verdilər və qeyd etdilər ki, ATMU-i turizm kadr hazırlığını həyata keçirən ilk ixtisaslşadırılmış ali məktəbdir və universitet tələbələrə təhsillərini xarici ölkələrədə davam etmək imkanı verir.
Şagirdlər ATMU-nin nümayəndələrinə ətraflı məlumat üçün təşəkkürlərini bildirdilər.