Maliyyə savadlılığının ünsürlərindən təhsildə istifadə

25-27aprel tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində müəllimlər üçün "Maliyyə savadlılığının ünsürlərindən təhsildə istifadə" adlı təlim keçirilmişdir.
Təlimdə məktəbimizin 4 müəllimi :Hacıyeva İlahə, Məlikova Gülnarə, Nəcəfova Cəlalə, İbrahimova Naidə iştirak etmişdir.
Təlim aşağıdakı mövzuları əhatə etmişdir: Təlimin birinci gününün(25 aprel) mövzuları :
1.Pul nişanları;
2.İstehlak büdcəsi və onun planlaşdırılıması;
Təlimin 2-ci gününün mövzuları:
1.Qənaət və israf;
2.Mövcud resurslardan qənaətlə istifadə;
Təlimin 3-cü gününün mövzuları:
1.Sığorta;
2. Vergi və dövlət büdcəsi;
Təlimin sonuncu günü-27 aprel tarixində müəllimlər sertifikata yiyələnmək üçün yekun test yoxlamasında iştirak etmişdirlər.
İmtahanın nəticəsi iyun ayında elan olunacaq. Təlimdə iştirak etmiş bütün müəllimlərə uğurlar arzulayırıq.