Mərkəzi Nəbatat bağına səyahət

Aprelin 26-da məktəbin 7 “B” sinif şagirdləri siinif rəhbəri Sevil Heydərovanın rəhbərliyi ilə Nəbatət bağına ekskursiyaya getdilər.

Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb.  1960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Həmin illərdə Nəbatat bağı 70 xarici ölkənin 290 Nəbatat bağı ilə toxum mübadiləsi aparıb, dərman, efiryağlı, sənaye və bəzək əhəmiyyətli bitkilərin aqrotexniki tövsiyələrini hazırlayıb təsərrüfatlara verib. Hazırda Bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"larına daxil edilmiş bitki kolleksiyası var. Şagirdlər bağı gəzərək çoxlu lazımlı məlumatlar topladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi