“Lingua Land ingilis dili dərnəyi” adlı layihənin rəsmi açılış tədbiri keçirilib

Bakı şəhəri, Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "fərdi" kateqoriyası üzrə qalib olan “Lingua Land ingilis dili dərnəyi” adlı layihənin rəsmi açılış tədbiri keçirilib.

Tədbirdə məktəbin direktoru Sitarə Abbasova,Təlimə Dəstək Mərkəzinin ibtidai siniflər üzrə metodisti Roza Rüstəmova, 56 nömrəli tam orta məktəbin  direktoru Könül Hüseynova, fəlsəfə doktoru Elyanə Tahirova, təhsil işçiləri, valideyn və şagirdlər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyəti haqqında məlumat verib.

Layihə rəhbəri Naidə İbrahimova "Lingua Land ingilis dili dərnəyi" layihəsinin əsas məqsədi, layihənin icrası zamanı görüləcək işlər, gözlənilən nəticələr barədə tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, müasir təhsil sisteminin vəzifəsi dövrün çağırışlarına cavab verən vətəndaş yetişdirməkdir. Fərqli öyrənmə üsullarının tətbiq olunması təhsilalanlar üçün geniş imkanlar yaradacaq,onların təlim nəticələrini daha da yüksəldəcəkdir. Layihə rəhbəri bildirib ki, təhsilalanların ehtiyaclarını nəzərə almaq, onların maraq və istəklərinə uyğun öyrənmə mühiti qurmaq vacib şərtdir.

Qeyd edək ki, "Lingua Land ingilis dili dərnəyi "layihəsinin icra müddəti 01.11.2023 – 01.05.2024-cü il tarixilərini əhatə edir. Layihə müddətində şagirdlərə təlimçi tərəfindən Khan Academy Kids platforması ilə ingilis dili tədris olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi