Şagirdlərimiz Hərbi Qənimətlər Parkını və Fəxri xiyabanı ziyarət etdilər

Məktəbin tədbirlər planına əsasən 8 Noyabr "Zəfər Günü" ilə əlaqədar şagirdlərimizin Hərbi Qənimətlər Parkına və Fəxri xiyabana ziyarəti təşkil edilib. Qənimətlər parkına ekskursiya zamanı vətən müharibəsində Azərbaycan ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlər şagirdlərə nümayiş olunub. Daha sonra şagirdlər III Fəxri xiyabanda II Vətən müharibəsində şəhid olmuş igid oğullarımızın məzarlarını ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi