“Zəfər tarixi” konfransı

“Zəfər tarixi” konfransının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-146 nömrəli əmrinə uyğun “Zəfər tarixi” adlı konfrans keçirildi. Konfrans Dövlət himni ilə açıq elan edildi. lX sinif şagirdləri Vətən müharibəsinin şanlı tarixinə aid məruzələrlə çıxışlar etdilər. Sonda “Vətəni sevəcək və qoruyacaq, Vətən uğrunda şəhid olan igid oğullarımızı unutmayacağıq!”and içmə törəni oldu. Vətənpərvər mahnı ilə konfransın rəsmi hissəsi sona çatdı. Konfransda qonaq qismində Təhsil İdarəsinin İnkişaf layihələri üzrə sektor müdiri Günay Qurbanova, Nəsimi Rayonu İcra Hakimiyyətinin müavini Gülarə Verdiyeva, Şəhid Abdulla Rəhimovun ailə üzvləri: Bayram Rəhimov, Sevinc Rəhimova, şəhid Ruslan Cəfərovun anası Alimə ana, Nəsimi rayonu Qarabağ Əlillər Cəmiyyətinin sədri Azər Quliyev, Nəsimi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sədir müavini mayor Bəhruz Hüseynov, polkovnik Vüqar Hacıyev, AMEA-nın A. A. Bakıxanov adına Tarix institutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yaqut Əmirli iştirak etdilər. Qonaqlar çıxış etdilər, “Zəfər tarixi” kursunun şagirdlərinə tövsiyələrini verdilər. Məruzəçi şagirdlər diplomlarla təltif olundu.Sonda xatirə şəkli ilə konfrans tarixə çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi