"Mənim riyazi bələdçim" adlı layihənin açılış mərasimi

Məktəbimizdə  Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş "Mənim riyazi bələdçim" layihəsinin açılış mərasimi keçirildi.

Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Pərvanə Məmmədova, Məleykə Əlizadə, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, müəllimlər və layihənin komanda heyəti iştirak ediblər.

Layihənin rəhbəri Naidə İbrahimova çıxış zamanı layihənin məqsədi, vəzifələri, keçirilmə qaydaları və görüləcək işlər haqqında ətraflı məlumat verib. Daha sonra məktəbimizin direktoru Sitarə Abbasova çıxış edərək layihənin vacibliyini və aktuallığını vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi