Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya

“Şuşa İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində, məktəbimizin müəllimi Məmmədova Sevda sinfi ilə birgə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edib. Şagirdlər ekskursiya zamanı 44 günlük müharibədə şanlı Zəfərimizə ithaf olunmuş “Mədəniyyətimizin incisi - Qarabağ” sərgisini ziyarət ediblər. Onlar sərgiyə baxış zamanı Azərbaycanın mədəni irsinə böyük töhfələr verən Qarabağın incəsənət xadimlərinə, xanəndələrinə məxsus şəxsi əşyalar, fotoşəkillər, Qarabağ xalçaları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları və digər eksponatlarla yaxından tanış olublar.

Uşaqlar əyləncəli və maraqlı ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi